İsmayıllıda yağıntılardan sonra SÜRÜŞMƏ AKTİVLƏŞDİ

İsmayıllıda torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıb. Kadrlar rayonun Qoydan kəndindəndir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, son günlər aramsız yağan yağışlar səbəbindən  Qoydan kəndində   torpaq sürüşməsi aktivləşib. Nəticədə  bir neçə ev təhlükəli vəziyyətlə üzləşib. Təpəlik ərazilərdən gələn torpaq axını həyətlərə dolur.

Kənd icra nümayəndəsi "Xəzər Xəbər"ə bildirib ki, məsələ ciddidir. Aidiyyatı qurumlara məlumat verilib.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ərazi nəzarətə götürülüb. Hadisə ilə bağlı lazimi tədbirlər görüləcək.