Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Siyasət

Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO

15 May 2024 21:13
Baxış: 6 596

Azərbaycandan təbii qazı idxal etmək üçün Slovakiya əlindən gələni edəcək.

Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Bakıda səfərdə olarkən belə demişdi. Daha sonra Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bəyan etmişdi ki, Mərkəzi və Şərqi Avropanın təbii qaz təminatı mənbələrinin diversifikasiyası baxımından Azərbaycan çox böyük rol oynayır.

Rəsmi Bratislava bu səbəbdən Bakı ilə bir sıra anlaşmalar və sazişlər imzalamaq niyyətindədir. Onların arasında Azərbaycandan təbii qaz alınması ilə bağlı saziş ön plandadır.

AZƏRTAC-a verdiyi müsahibəsində Milli Məclisin deputatı Arzu Nağıyev isə Azərbaycanla Slovakiya arasındakı əməkdaşlıqdan bəhs edərkən reallıqla öz xəyallarını qarışdırıb.

Çünki Azərbaycan hazırda Slovakiyaya təbii qaz satmır, bununla bağlı müzakirələr aparılır.

Deputat A.Nağıyev belə açıqlamaları ilə "məşhur"dur və onun növbəti şərhi də artıq ironiya ilə qarşılanıb. Təccüblü, paradoksal heç nə yoxdur: A.Nağıyev öz ampluasındadır.

Bəs AZƏRTAC əməkdaşları nə üçün deputatın yanlış açıqlamasını yayır, zəruri faktçekinq etmirlər? Axı belə bəyanatlar ölkənin ən qocaman və nüfuzlu informasiya agentliyinin fəaliyyət prinsipinə ziddir.

A.Nağıyevə isə məsləhət görərdik ki, əgər ona zəhmət  deyilsə, danışmazdan əvvəl düşünsün, nə deyəcəyini fikrən təhlil etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.