Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Siyasət

"Fransanın Azərbaycanı nədəsə ittiham etməsi gülüncdür" - VİDEO

16 May 2024 20:14
Baxış: 938

Fransa daxili işlər naziri Azərbaycanı ittiham edir. Nazir yalan danışır və ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır.

Milli.Az xəbər verir ki, məsələni Trend-ə şərh edən siyasi ekspert İlyas Hüseynov bildirib ki, Fransa uzun illərdir dənizaşırı ərazilərdə neokolonial siyasət həyata keçirir.

"Yeni müstəmləkəçilik ideyalarının təbliği ilə məşğuldur və uzun illərdir bu siyasət dərin kök salıb. Lakin Azərbaycanın həmin ərazilərdə yaşayan xalqların azadlığı, müstəqilliyi ilə bağlı fikirlərə tapınaraq onların bir qədər də hərəkətə gəlməsi Fransa tərəfindən daxili işlərə qarışmaq kimi qarşılanır.

Amma yaxın tarixə nəzər salsaq, Fransa özü Azərbaycanın daxili işlərinə qarışır və bu gün də bu siyasəti davam etdirir. Bir zamanlar separatçı rejimin rəhbəri Araik Arutyunyan Fransaya səfər edib. Onu Fransada dəbdəbəylə qarşılayır, müxtəlif tədbirlərə dəvət edir, daşnaklarla görüşlərinə vasitəçilik edirdilər. Bununla yanaşı, dövlət kanallarında ona tribuna verir, saxta fikirləri tirajlanırdı. Daxili işlərə qarışmaq budur?!", - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.