Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Şou-biznes

Bu obraza görə saatlarla asılı vəziyyətdə qaldı - VİDEO - FOTO

16 May 2024 18:26
Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" mahnısını və klipini bir neçə gün əvvəl təqdim edib. 

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, Pop kraliça bu dəfə klipdən kadrarxası məqamları bölüşüb. Müğənni ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. 

Obrazı yaratmaq üçün uzun hörüklərdən istifadə edilib. Həmin kadrlar çəkilən zaman Kazımovanın saçları saatlarla asılı vəziyyətdə qalıb. Meduza Qorqona obrazını xatırladan görünüş ekran işində ən yaddaqalan nüanslardan olub. 

Qeyd edək ki, DMC musiqi şirkəti imzası ilə işıq üzü görən klip iki gün içində yutubda trendə düşüb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.