Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Dünya

Zelenski həmin qanuna veto qoydu

16 May 2024 19:36
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ruslarla əlaqələrini gizlədən ukraynalıların işdən çıxarılmasına icazə verən qanuna veto qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Country Politics" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi prezidentin onu təkliflərlə Ali Radaya qaytardığını göstərir. Dövlət başçısının konkret hansı təkliflərlə çıxış etdiyi açıqlanmayıb.

Qeyd edək ki, aprelin sonunda Ukrayna Ali Radası ruslarla və "respublikanın müvəqqəti işğal olunmuş ərazilərinin" sakinləri ilə ailə və ya digər əlaqələrini gizlətdiklərinə görə vətəndaşların işdən qovulmasına başlaya biləcək qanun qəbul edib. Bu qanun layihəsi hələ 2022-ci ildə hakim Ukraynanın "Xalqın xidmətçisi" partiyasının deputatları tərəfindən irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.