Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2024 19:15
1194
İDMAN

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Adalet.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq.

Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.