"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi
Rəsmi Vaşinqton ABŞ-nin "Crocus City Hall"da terror aktı təhlükəsi barədə qabaqcadan Rusiyanı məlumatlandırıb.
Adalet.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Rusiya hakimiyyətinə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verib”, - deyə Kirbi qeyd edib.
Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ABŞ-nin Rusiyaya terror aktları ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü bildirərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.
Digər Xəbərlər
28 Aprel 2024 10:08
Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45