Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Fevral 2024 10:15
3031
HÜQUQ

ABŞ Ukraynaya F-16 qırıcıları göndərəcək

Pentaqonun mətbuat katibi Parik Rayder, fevralın 28-də jurnslistlər üçün keçirdiyi brifinqdə bəyan edib ki, ABŞ bu il Ukraynaya F-16 qıtıcı təyyarələr göndərməyi planlaşdırıb.

 " Biz, F-16-ların bu il çatdırılmasını proqnozlaşdırırıq"-deyə Rayder bildirib. Bununla yanaşı mətbuat katibi qırıcıların Ukraynaya göndərilməsi vaxtının dəqiq tarixi barədə konkret müddəti açıqlamayıb.

  Foreign Policy jurnalı yazır ki, Ukrayna iyun ayında F-16 qırıcı təyyarələrini təhvil ala bilər. Kiyev bu təyyarələrdə təlim keçən 12 nəfərlik Ukrayna pilotlarının sentyabrda hazır olacaqlatını bildirib. 

 Bundan başqa fevral ayında Niderland səfirliyindən də bildirilib ki, onlar da yaxın vaxtlarda Ukraynaya altı ədəd F-16 qırıcı təyyarə göndərəcəklər. Bu xəbər Rusiya tərəfini bərk qıcıqlandırıb və rədmi Moskva bəyan edib ki, Niderlandın bu hərəkəti birbaşa NATO-Rusiya qarşıdurması riskini artıtır.

  2022-ci ilin fevral ayından Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə iki ildir ki, davam edir və hazırki durum göstərir ki, hələ uzun müddət də davam edəcək. 

 ABŞ və Qərb sonadək Ukraynaya hərbi yardım edəcəklərini hər addımda bəyan edirlər. Putin Rusiyası da bütün bunlara baxmayaraq dayanmaq fikirində olmayacağını döyüş meydanında aktiv şəkildə nümayiş etdirir.

  Ukrayna faktiki olaraq, NATO - Rusiya çəkişməsinin qurbanına çevrilməkdədir. Şəhərləri, kəndləri, infrastrukturları dağılır, hərbiçiləri ilə birlikdə dinc vətəndaşları da kütləvi şəkildə həlak olurlar. Rusiya tərəfi də bu müharibədən kifayət qədər zərbələr almaqdadır. Artıq onlar da müharibədə on minlərlə hərbiçisini və minlərlə hərbi texnikasını ititiblər və itirməkdə davam edirlər. Lakin Putinin də geri çəkilmək fikrində olmadığı açıq şəkildə görenməkdədir.

  Hələ ki, tam olmasa da, bu müharibədən qazanan tərəf kimi ABŞ görünür. Yəni onların "dövlət maraqları" adlsnfırdıüları planlarının  həyata keçmək ehtimalları yüksək görünür. Bu ehtimallar sonda özünü doğruldacaqmı? Nəzərə almaq lazımdır ki, Rusiya dünyada nüvə potensialına malik dövlətlərin önündə gedir və son nəfəsində atom bombalarından istifadə etmək imkanlarından vaz keçməyəcəyini də hamıdan çox "Sem dayı" yaxşı bilir...
 
  Rüstəm Hacıyev