Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Mart 2024 17:04
2587
HÜQUQ

Akif Qurbanovun atası sənədləri evdən çıxararkən saxlanılıbmış

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı Adalet.az-a bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.

Qeyd edək ki, III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində başlanan cinayət işindən sonra 4 ay müddətinə həbs edilib.