Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2024 13:05
1623
MƏDƏNİYYƏT

“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO

Aprelin 19-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı “Arap Kadri” komediyasının nümayişi başlayır.

Filmin rejissoru Emre Kavukdur. Baş rolları Ahmet Mümtaz Taylan, Necip Memili və Zeynep Çamcı canlandırıblar.

Film 16 yaşdan yuxarı şəxslərin baxması üçün nəzərdə tutulub.

Film haqqında qısaca: “Azadlığına düşkün olan Arap Kadri meşədə yaşayan itaətsiz adamdır. Tarzanın nizam-intizam qurduğu meşədə isə canlılar nizamlı bir həyat yaşamağa çalışırlar. Şəhər həyatına uyğunlaşa bilməyən Arap Kadri meşəyə gələrkən qarşılaşdığı sadə həyata qapı açır. Bu vəziyyət onunla Tarzan arasında münaqişəyə səbəb olur”.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.