Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2024 20:22
1018
HADİSƏ

Astarada 6 otaqlı ev yanaraq külə döndü

Astarada 6 otaqlı ev yanaraq külə dönüb.

Adalet.az xəbər verir ki, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.

Belə ki, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.

FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə ikimərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.

Yanğının səbəbi araşdırılır.