Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Mart 2024 19:00
2774
HÜQUQ

Məhkəmə Ələsgər Məmmədli və Ruslan İzzətli barədə qərar verdi - YENİLƏNİB

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Adalet.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Adalet.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.