Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 09:31
212
DÜNYA

Ərəblər Blinkenin sözlərinə inanmırlar

Səudiyyə Ərəbistanının Əl- Ərəbiyyə telekanalının jurnalistləri, ABŞ dövlət katibi Entoni Blinkenin "ABŞ Qəzza bölgəsində münaqişənin nizamlanmasını istəyir" bəyənatına inanmırlar.

 "Son aylar ABŞ administrasiyası dəfələrlə bəyan edib ki, Rəfaha hücum etməklə bağlı əməliyyat keçirilməyəcək. Lakin Qəzza bölgəsindən çıxan insanlar üçün müraciət ediləcək alternativ yer də müəyyənləşdirməyiblər"- deyə məlumatda bildirilir. 

İtaliyanın Kapri adasında keçirilən G7 ölkələrinin görüşünün sonunda keçirilən mətbuat konfransında Blinken bəyan etmişdi ki, Rıfahda daimi yaşayan insanların sayı çoxdur. Ona görə də, burada irimiqyaslı hərbi əməliyyatların keçirilməsi faciəvi nəticələrə gətirib çıxarar. ABŞ dövlət katibi bildirib ki, G7 ölkələri Yaxın Şərqdə gərginliyin azalmasının tərıfdarıdlrlar.

Yaxın Şərqdə gərginliyin azalacağına inam demək olar ki, yox dərəcəsindədir. Münaqişənin uzanmasına səbəb, Fələstinlilər, 1967-ci ildə altıgünlük müharibədən əvvəlki sərhədlərə qayıtmağı, İordan çayının qərb sahillərində müstəqil dövlət qurulmasını, Şərqi Yerusəlimin isə bu dövlətin paytaxtı elan edilməsini tələb edirlər. İsrail isə heç bir halda bu şərtlərlə razılaşmayacağını bəyan edir. 

Beləliklə, bu münaqişənin də, məhz ABŞ-ın istədiyi ssenari üzrə sonsuzluğa qədər davam edəcəyi gözlənilir. Ona görə də, ərəb jurnalistləri ABŞ dövlət katibinin sözlərinə inanmırlar.

  Rüstəm Hacıyev