Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 17:39
336
DÜNYA

"Əskipara kəndindəki kilsə Ermənistan ərazisində qalacaq" - Qriqoryanın ofisi

Ermənistan baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın ofisi Tavuşun Əskipara kəndində yerləşən kilsənin Ermənistan ərazisində qalacağını açıqlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı razılaşmalar həyata keçirildikdən sonra Əskipara kilsəsi Ermənistan ərazisində qalacaq.

Bundan bir neçə saat öncə isə sözügedən kilsənin ətrafında minaların təmizlənməsi işləri həyata keçirilirdi. 

Xatıradaq ki, Aşağı Əskipara kəndi və Qazaxın digər 3 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olunub.