Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2024 19:02
1169
KRİMİNAL

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə dava zamanı iki nəfər bıçaq xəsarəti alıb.

Adalet.az xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü S.Məsimov  və 1995-ci il təvəllüdlü E.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.

Xəstələlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs  dava zamanı qəsəbədə yerləşən mağazaların birinin qarşısında bıçaq xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.