Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 13:13
906
ŞOU-BİZNES

Niyamdan Aynura: “Hər kəsə bacı demək olmur”

Uzun zamandır ki, küsülü olan Aynur Dadaşova ilə Niyam Salami efirdə üz-üzə gəliblər.

Adalet.az xəbər verir ki, küsülü olan müğənnilər el məclislərində belə eyni masada əyləşməkdən imtina etsələr kə, “Günaylı gün” proqramında çox mehriban danışıblar:

Niyam Salami, “Aynur, məni düzgün başa düş. Biz bir- birimizə qardaş- bacı demişiksə, demək çox yaxın münasibətimiz var. Sən mənim evimin içisən.Hər adaam bacı demək olmur. Çünki bunun məsuliyyət böyükdür. Mən beş bacının qeyrətinin hörmətinə  bu yerlərə gəlib çatmışam. Qadın- ana, bacı başımızın tacıdır. Bu yaxınlarda Aynur xanımın anası ilə telefonda danışdıq. Hər ikimiz də kövlədik.Sonra isə Aynura zəng etdim. “Alo” deyən kimi kövlədik ikimiz də” söyləyib.

Ona cavab olaraq isə A.Dadaşova isə N.Salami ilə  küsülü oldu vaxtlardan danışıb:

“Əgər Niyam xatırlayırsa, biz bir dövlət tədbirində idik. Bizim üçün orda çadırlar qurulmuşdu. Hamı orda oturub gözləyirdi. Biz də Niyamla gizlincə bir- birinmizə baxırdıq. Guya bir- birimizi görmürük (gülür).  Küsülü olduğumuz dönəmlərdə hansı efirə çıxsam da bu haqda danışmırdım. Hamı sual verib aranı qızışdırmaq istəsə də, mən bunu etmirdim.”

ƏNTİQƏ