Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Mart 2024 14:49
3036
SAĞLAMLIQ

"Seriallar sizi valideyin olmaqdan qorxudur" - Psixoloqdan açıqlama

"Müasir seriallar sizi aldadır. Bunu seriallardan xəbərsiz biri kimi yox, elə izləyən biri kimi qeyd edirəm. Psixoloji mövzularda həddən artıq zərər törədəcək məlumatlar izləyici kütləyə ötürülür. Normalda psixoloq seansda səbəbləri bu həddə açıqlamamalıdır".

Adalet.az xəbər verir ki, psixoloq Ülviyyə Kərim serialların uşaqların və valideynlərin psixologiyasına mənfi və müsbət tərəflərindən danışıb.

"Seriallara bu həddə qapılıb valideyinlərinizə kinlə baxmayın. Əgər sən sağalmaq istəyirsənsə bunu travmatizə olacağın serialları izləyərək etməməlisən. Bu duyğu səni ancaq valideyin olmaqdan qorxuda bilər, hətta özünədəyər sehrinə düşüb ailəni də dağıda bilərsən, hətta xəyanət də edərsən, nədir, nədir kişi sənə gül almır, ya səni sevirəm sözünü demir. Həyat yoldaşınla münasibət düzəltmənin də yolları var, bu isə yol deyil. Yolsuzluqdur.

Bunu çox yeni fərq etmişəm və etdiyim gündən də izləyənləri mümkün həddə xəbərdar edirəm. Məlumdur, insan sayının artımında, ailə dəyərlərinin qorunmasında müsəlman ölkələri daha öndədir. Bunu bu seriallarla zədələməyi bacarıblar. Mən xarici film və seriallarda bu həddə travmalardan danışan, “ana və ataların yanlış böyütdüyü yanlız uşaqlar” altbaşlıqlarına heç rast gəlmirəm, psixoloji filmlər var ancaq hər şeyi yığıb ananın atanın üzərinə qoymurlar. Nədirsə bu sadəcə türklərdə baş alıb gedir. Təkrarlayıram: bu seriallardan sonra boşanmalar, childfree (uşaqsız ailə) halları qat-qat artdı. Hələ üstəlik dili qısa, gözü kölgəli valideyinlər ortaya çıxdı. Yenə təkrar edirəm: insan öz psixologiyasını öyrənməlidir, amma bu pərdəarxası qaranlıq olan seriallar vasitəsiylə deyil kitablar oxumaqla, elmi artırmaqla olmalıdır".

Hə, deyə bilərsiz ki, bəs valideyinlərin vurduqları travmalar nə olsun? Yalan deyil ki? Bəli, deyil. Amma bunu bu şəkildə, valideyinlərdən diksinərək öyrənməməlisiniz. Travmalar mövzusunda da yazacam bir dəfə. Bunu da həddən artıq şişirdirlər. Məqsəd: sizi ailə olmaqdan və həmçinin öz köklərinizdən qoparmaqdır. Kökləri olmayan ağacın meyvəsi, inkişafı, yeni qol budağı da olmayacaq.

Emin