Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2024 14:10
2378
TEXNOLOGİYA

Teleqram hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Adalet.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.