Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Mart 2024 11:40
1384
KRİMİNAL

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.