Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gör, eşit və sus... - Eminquey yazır

EMİNQUEY AKİF
449 | 2024-03-28 13:33

Tiktoker Ləman həftədə 2000 manata yaxın pul qazanır.

Necə cızdaq çıxaran xəbərdir, eləmi?

Yanıb alışırsınız.

Çünki çoxunuz ayboyu işə təpik döyürsünüz, basabaslardan keçirsiniz, söyüş də götürürsünüz, təriniz soyuyur, amma maaşınızı gec alırsınız. 

Və görürsünüz ki, hansısa tiktoker həftədə 2000 min manata yaxın pul qazanır, dəli olursunuz. 

Oturur telefonun qabağında, çay içir, yemək yeyir, söyüş söyür, məişət söhbətləri edir və həftəyə 2000 manat qazanır. 

2000 manat.

İki min manat. 

On dənə iki yüzlük.

Siz də ya ayın axırını, ya da əvvəlini dörd gözlə gözləyirsiniz ki, kartınıza 300-500 manat pul köçəcək, eləmi?

Ola bilər ki, sən bu tiktokerlərə pul xərcləmirsən, amma sözümə inan ki, sənin kimi nə qədər adam tanıyıram ki, elə sənin aldığın maaşla bu adamlara hədiyyə atır. 

Tiktokda yayım açan və jeton alış-verişi edən biri kimi deyirəm. 2-3 manatı olan biri də hədiyyə alır ki, filankəsə hədiyyə atsın. 

Necədi səninçün?

Heç nə...

Gör, eşit və sus.

TƏQVİM / ARXİV