Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

ADTM Tərcümə Agentliyi

Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27/121A (+994 50) 562 17 78 (+994 12) 566 80 09

ADTM Tərcümə Agentliyi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Fərmanına uyğun olaraq, ölkənin dil və tərcümə sahəsinin daha çevik tənzimlənməsi məqsədilə Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə təsis edilib.

ADTM TƏRCÜMƏ AGENTLİYİNİN FƏALİYYƏTİNİ
dövlət qurumları və digər təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müraciət və sifarişləri əsasında müxtəlif spesifik sahələrə aid mətn və materialların, rəsmi sənədlərin, elmi, ictimai-siyasi, bədii, texniki və s. ədəbiyyatların, veb-sayt, vikipediya səhifələrinin və s.-in Azərbaycan dilində tərtibi, xarici dillərə (və əksinə) tərcüməsi, dil və tərcümə keyfiyyətinin dəyərləndirilməsi, həmçinin geniş əhatəli və çeşidli poliqrafiya xidmətləri (ölkədə və xaricdə nəşr) təşkil edir.
Tərcümə
  • Müxtəlif spesifik sahələrə aid mətn və materialların müxtəlif dillərə operativ qaydada yüksək keyfiyyətli tərcüməsi.

Ekspertiza
  • Linqvistik ekspertiza;
  • Linqvistik monitorinq;
  • Media monitorinqi.
Seçim turları
  • Turlarda – müxtəlif dillər və spesifik sahə mətnlərinin tərcüməsi üzrə ixtisaslaşmış mütəxəssislərin seçimi şifahi və yazılı imtahan mərhələləri əsasında müəyyən edilir;
  • Turlardan uğurla keçmiş və Dövlət Tərcümə Mərkəzinin sertifikatını əldə etmiş mütəxəssislərin SV-ləri qurumun rəsmi Tərcüməçilər Bazasına (Reyestrinə) daxil edilir.
Xarici ölkələrdə nəşr və yayın

Kitab, elmi, bədii, publisistik əsərlər, məqalə, oçerk, müsahibə və digər materialların xarici ölkələrin aparıcı nəşriyyatlarında, KİV-də çapı, beynəlxalq internet məkanında onlayn yayını.

Dizayn xidmətləri

– Layout və qrafik dizayn;

– müxtəlif formatlı çap xidmətləri;

– veb-saytların dizaynı.

Kitablar satışda

Mənim nəğmələrim

ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

Hər suala bir cavab

Nəşr orta məktəb şagirdlərinin dünyagörüşünün daha da artırılması üçünəlavə oxu vəsaiti kimi nəzərdə tutulub.

Alman-Azərbaycan dili danışıq kitabçası

Nəşr almandilli ölkələrdən Azərbaycana işgüzar və turist səfərlərinə gələnlər, eləcə də Azərbaycan dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

Bayquş canavar

“Bayquş canavar” povesti qütb dairəsində yaşayan balaca qız və müdrik yapalağa bənzəyən Bubo adlı müəmmalı heyvanın səmimi dostluğundan bəhs edir.

Misir nağılları

Təqdim edilən nağıllarda qədim Misir mədəniyyəti, adət-ənənəsi və həyatı təsvir olunur, hadisələrin və qəhrəmanların, simvolların və alleqoriyanın rəngarəngliyi oxucuları qədim, sehrli Misir aləminə dəvət edir.

Salam Saşa

Roman məhkəmə tərəfindən barəsində ölüm hökmü çıxarılmış məhkumun həyatından bəhs edən qeyri-adi struktura malik 82 epizoddan ibarətdir.

Saymağı öyrənək

Nəşr 3-5 yaşlı uşaqlarda rəqəmləri öyrənmək, 1-dən 20-yə qədər hesablamaq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Rəqəmlərə uyğun rənglə

Nəşr 3-5 yaşlı uşaqlarda danışıq və rəsm qabiliyyətlərinin formalaşdırılması, inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Azərbaycan-ərəb dili danışıq kitabçası

Nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

sifariş verin