Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Türkiyə - tibbi turizmin dünyəvi mərkəzidir

Türkiyə - tibbi turizmin dünyəvi mərkəzidir
# 24 dekabr 2019 16:39 (UTC +04:00)

Tibbi turizm dünyada təcrübədən çıxarılmış, Azərbaycan üçün isə yeni məfhumdur. Bu istiqamət iki sahə - səhiyyə və turizmin vəhdətindən yaranıb. Məqsəd müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların ölkə daxilində və ya xaricdə diaqnostika, müalicə və ya reabilitasiya üçün qiymətinə və keyfiyyətinə görə uyğun klinikanın tapılmasına yardımçı olmaqdır. Bundan başqa, tibbi turizm xəstələrin və onu müşayiət edən şəxslərin həm səfərdə, həm də müalicə zamanı rahatlığını tam təmin edir.

Bu gün, tibbi turizm sahəsi Azərbaycanda təşəkkül mərhələsində olan vaxtda, sözü gedən sahədə uğur qazanan ölkələrin təcrübəsindən faydalanmaq çox mühümdür.

Misal üçün uzağa getmək lazım deyil. Bu bir qədər gözlənilməz səslənsə də, tibbi turizmin dünyəvi mərkəzlərindən biri... Türkiyə hesab olunur.

İnkişaf etmiş ölkələrdə müalicə qiymətlərinin bahalaşması xəstələrdə yeni tələbatların yaranması anlamına gəlir: turizm xidmətinin əlavə üstünlükləri ilə birlikdə əlverişli qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmət.

Son onillikdə dövlətin və özəl investorların dəstəyi ilə qərb səhiyyəsinin ən yaxşı nailiyyət və təcrübəsindən istifadə edən, ancaq bununla belə, maliyyə baxımından çox-çox daha əlverişli olan innovativ və yüksək texnologiyalara əsaslanan tibb sahəsi yaranıb, və Türkiyə bundan müvəffəqiyyətlə faydalanıb. Eyni zamanda, Türkiyədə yüksək səviyyədə turizm infrastrukturu mövcuddur ki, bu da xaricdən gələn müştərilər üçün səyahəti və müvəqqəti yaşayışı xeyli dərəcədə asanlaşdırır.

2005-ci ildə beynəlxalq tibbi turizmin inkişafı və xarici pasientlərə dəstək üçün Türkiyə tibbi turizm assosiasiyası (THTC) yaradılıb. Bu gün THTC nəinki Türkiyədə, bütün dünyada özündə 375 üzv - xəstəxana və klinikalar, termal, reabilitasiya və sağlamlıq mərkəzləri, otellər, o cümlədən dünyanın 92 ölkəsində 167 nümayəndəlikdən ibarət bir şəbəkə olmaqla səhiyyə sahəsində ən böyük assosiasiya olaraq fəaliyyətdədir.

İnkişaf etmiş infrastruktur və tibbi xidmətin qiymətinin və keyfiyyətinin unikal nisbəti sayəsində Türkiyəyə hər il diaqnostika və müalicə üçün 1 milyona yaxın əcnəbi gəlir. Və bu təəccüblü deyil, çünki Türkiyə bu gün bütün tibbi istiqamətlərdə qabaqcıl Avropa və dünya ölkələri ilə eyni pillədə dayanır. Həkimlərin çoxu təhsilini və təcrübəsini Avropa ölkələrində və ABŞ da keçib. Bununla belə, tibbi xidmətlərin qiyməti Qərbi Avropa, ABŞ və ya İsraildən fərqli olaraq Türkiyədə daha əlçatandır.

Türkiyənin ən yaxşı klinikaları tibbi xidmətin keyfiyyətinə görə ən yüksək beynəlxalq standartlara - JCI və TEMOS International - uyğun sertifikatlaşdırılıb.

“Türkiyə bu gün tibbi xidmət sahəsində əla imkanlar təqdim edir. Biz hər gün 165 ölkədən müalicə və reabilitasiya üçün sorğu alırıq. 2018-ci ildə türk klinikaları 890 mindən çox xarici pasienti qəbul edib, 2019-cu ildə isə artıq bu sayın 1 milyondan artıq olmasını gözləyirik” deyə Türkiyə tibbi turizm assosiasiyasının (THTC) sədri Emin Çakmak xəbər verdi.

Klinika seçimində yardımla bərabər, THTC həmçinin hava limanından ödənişsiz transfer, Türkiyədə oteldə qalmağa endirim, ödənişsiz tərcüməçi ilə təmin edilməsi və s. kimi bir çox əlavə imtiyazlara zəmanət verir.

Dəqiq və vaxtlı diaqnostika, yüksək keyfiyyətli müalicə, təhlükəsiz transfer, fəsadların riskinin azaldılması və şəffaf çek - ciddi xəstəliklə mübarizə aparan, sağalmağa və maksimal gümrah həyata istiqamətlənən hər bir pasientə lazımlıdır.

Daha ətrafl Türkiyə tibbi turizm assosiasiyasının nümayəndəsindən məlumat əldə edin:

Azərbaycan

+994 50 205 50 53 [email protected]

thtdc.org

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR