“Son illər 24 ixtisaslaşdırılmış peşə təhsili mərkəzi yaradılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.
Təhsil naziri deyib ki, Bakıda Peşə Təhsili Mərkəzinin tikintisi bu ilin sentyabrında başa çatdırılıb: “Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Peşə təhsilinin əhatə dairəsinin genişlənməsi istiqamətində tədbirlər davam edir”.
Təhsil naziri nəzərə çatdırıb ki, ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində xərclər 30 faiz artırılıb: “Hazırda ali məktəblərdə ödənişli təhsil alan imkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına təmin edilir”.
Ceyhun Bayramov: "İmkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir"
24 dekabr 2019 12:24 (UTC +04:00)
Sosial
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib
10:31
29 aprel 2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO
06:15
29 aprel 2024
Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO
21:11
28 aprel 2024
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
19:02
28 aprel 2024