Azerbaijan-News24

Azerbaijan-News24

Online Audio and Video Media

Azərbaycan və Dünya xəbərləri.

About us

Media və xəbər agentliyi.

Website
https://a-r.az/
Industry
Online Audio and Video Media
Company size
201-500 employees
Headquarters
Baku
Type
Public Company

Locations

Updates

  • View organization page for Azerbaijan-News24, graphic

    335 followers

    Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.

    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    335 followers

    Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik müraciəti ünvanlayıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. “Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”, – deyə təbrikdə vurğulanır.

    • No alternative text description for this image

Similar pages