Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

Bakıda litvalı rejissorun "Sıçrayış" filmi nümayiş olunacaq

Mədəniyyət Materials 12 Aprel 2024 12:12 (UTC +04:00)
Bakıda litvalı rejissorun "Sıçrayış" filmi nümayiş olunacaq
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 18-də saat 18:30-da Bakıda "Sıçrayış" (Suolis/The Jump) filmi nümayiş olunacaq.

Trend xəbər verir ki, filmin nümayişi Litvanın Azərbaycandakı səfirliyi, Xəzər Universiteti və "Landmark Baku"nun təşkilatçılığı ilə baş tutacaq.

"Sıçrayış" litvalı rejissor Qiedre Jitskitenin sənədli filmidir. Ssenari müəllifləri Qiedre Jitskite və Coş Aleksandr, operator Rimvidas Leypusdur. Filmin premyerası 2020-ci ilin iyun ayında baş tutub.

Film 1970-ci il noyabrın 23-də Sovet gəmisindən ABŞ gəmisinin bortuna tullanaraq ABŞ-də sığınacaq axtaran litvalı dənizçi Simas Kudirkanın tarixçəsindən bəhs edir. Nadir arxiv kadrları və dramatik rekonstruksiyaların fonunda Simas Kudirka bu tarixçəni danışır.

Qeyd edək ki, film bir sıra kino festivallarında nümayiş olunub və nüfuzlu mükafatlara layiq görülüb. Bunların arasında Varşava Beynəlxalq Kino Festivalının (Polşa) "Ən yaxşı tammetrajlı sənədli film"; EBS Beynəlxalq Sənədli Film Festivalının qran-prisi (Cənubi Koreya); "Salem Film Festival" münsiflər heyəti və izləyici rəğbəti mükafatı (ABŞ); "Docville" Beynəlxalq Sənədli Film Festivalının izləyici rəğbəti mükafatı və digərlərinin adlarını çəkmək olar.

Qiedre Jitskite bir sıra kino mükafatlarına layiq görülmüş litvalı sənədli film rejissoru və prodüser, "MOONMAKERS" prodüser şirkətinin həmtəsisçisi, Avropa Kino Akademiyasının üzvü, Litva Kinematoqrafçılar İttifaqının üzvüdür. 2007-ci ildə Vilnüs İncəsənət Akademiyasında vizual incəsənət sahəsində dərəcə alıb. Filmləri çoxsaylı nüfuzlu beynəlxalq kino festivallarında seçilib və mükafatlara layiq görülüb.

Giriş əvvəlcədən qeydiyyatdan keçmək şərtilə sərbəstdir. Sənədli filmi izləmək istəyənlər aşağıdakı keçid vasitəsilə əvvəlcədən qeydiyyatdan keçə bilərlər: https://az.mfa.lt/az/en/news/invitation-film-screening-the-jump-april-18-630pm

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti