Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Mar
2024
17:19
66
18
2552
Virtual karabakh

AZAL-dan Novruz bayramı ilə əlaqədar Bakıdan Naxçıvana gedənlərə TÖVSİYƏ - VİDEO

4 Mar, 2024
17:19
2552

AZAL-dan Novruz bayramı ilə əlaqədar Bakıdan Naxçıvana gedənlərə TÖVSİYƏ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir”.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat hazırlayıb.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri