Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
SOCAR yerli sığorta bazarında broker kimi fəaliyyət göstərəcək

SOCAR yerli sığorta bazarında broker kimi fəaliyyət göstərəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) daha bir şirkəti xarici sığorta brokerlərinin reyestrinə daxil edib.

AMB-nin internet səhifəsində - reyestrdə yerləşdirilmiş məlumata əsasən, bu, Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə Türkiyədə təsis etdiyi “SOCAR Sigorta ve Reasürans Brokerliği” Anonim Şirkətidir.

Baş ofisi Türkiyənin İstanbul şəhərində - SOCAR-a məxsus iş mərkəzində (“SOCAR Plaza”) yerləşən şirkət Azərbaycanın sığorta bazarına aprelin 24-də daxil olub. Başqa sözlə, SOCAR bundan sonra yerli sığorta bazarında broker kimi fəaliyyət göstərəcək. Bununla da, AMB-nin reyestrinə daxil etdiyi xarici brokerlərin sayı 87-yə yüksəlib.

Buna qədər də SOCAR yerli sığorta bazarında təmsil olunub. Məsələn, “Atəşgah Sığorta” şirkətinin səhmlərinin 10%-i SOCAR-a məxsusdur.

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti