Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/25.03.22/Turan: Azərbaycan Müdafiə Nazirliyi Qarabağda hərbi toqquşmalar barədə məlumatları təkzib edib. Bakıda Azərbaycanın canlı qüvvə itkisilə bağlı ermənilərin məlumatlarını dezinformasiya adlandırıblar.

Hərbi idarədə guya Qarabağda pilotsuz uçan aparatların tətbiqilə hərbi toqquşmaların baş verməsi və nəticədə Azərbaycan hərbçilərinin həlak olması barədə məlumatları erməni tərəfinin təxribat xarakterli və yalan məlumatları adlandırıblar.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, əslində Azərbaycan ordusunun bölmələri qüvvə tətbiq etmədən öz mövqelərinin və dislokasiya məntəqələrinin dəqiqləşdirilməsi prosesini davam etdirirlər.

"Azərbaycan bölmələri əməliyyat şəraitinə tam nəzarət edir", - məlumatda deyilir.

Ermənistan KİV Qarabağ separatçılarına istinadən xəbər verir ki, guya martın 25-nə keçən gecə Azərbaycan bölmələri atəş açıblar və pilotsuz uçan aparatlardan istifadə olunub.

Erməni tərəfinin iddiasına görə, guya Azərbaycan "ən azı 5 hərbçisini itirib", onun özündə isə "bir yaralı" var.

Erməni mənbələrinə görə, dünən Azərbaycan hərbçiləri atəş etmədən Qarabağın şərqində Fərrux kəndini tutublar və indi tərəflərin ilkin mövqelərə qayıtması ilə bağlı sülhməramlılarla danışıqlar aparılır. Ermənistan KİV həmçinin Fərruxdan 4 kilometr aralıda yerləşən Pirlər (Xramort) kəndində erməni hərbçilərin və "könüllülər"in toplandığını bildirib.- 06B-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti