Açiq mənbələrdən foto.
Azərbaycan Silahlı Qüvvələri Fərrux yüksəkliyində möhkəmlənib /YENİLƏNİB/
Bakı/25.03.22/Turan: Martın 25-i günorta saatlarında Qarabağın Fərrux kəndi və eyniadlı yüksəkliyi yaxınlığında döyüş olub. Nəticədə erməni tərəfinin 14 yaralı və 2 ölü olduğu bildirilir və ermənilər Azərbaycan hərbçilərini bu strateji yüksəklikdən sıxışdırıb çıxara bilmədilər. Rusiya sülhməramlıları da azərbaycanlıları geri çəkilməyə məcbur edə bilmədilər. Bu barədə cümə günü erməni mətbuatı məlumat yayıb.
Eyni mənbələr Azərbaycan tərəfinin erməni mövqelərinə pilotsuz təyyarələrlə hücum etdiyini iddia edir.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri bir gün əvvəl Fərrux kəndini və eyniadlı hündürlüyü tutarag ora yol çəkməyə başlayıb. Azərbaycan hərbçilərinin Farux kəndini atəş açmadan nəzarətə alması, Rusiya sülhməramlılarının isə baş verənlərə müdaxilə etmədiyi bildirilir.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Fərrux yüksəkliyi (1200 m) ətrafında hərbi əməliyyatların aparılması ilə bağlı xəbərlərini şərh etməyib.
Qeyd edək ki, Qarabağın keçmiş Əsgəran rayonunundaki Farux yuksəkliyi lstrateji əhəmiyyətə malikdir. Bu dominant hündürlükdən Əsgəran rayonunun əksər hissəsini, o cümlədən rayon mərkəzini silah altında saxlamağa imkan verir. -02B-
* * *
2022 Mart 25 (Cümə) 14:34:41
Azərbaycan hərbçiləri "Fərrux" yüksəkliyinə yol çəkirlər
Bakı/25.03.22/Turan: Martın 25-də səhər saatlarında Azərbaycan hərbçiləri Qarabağda Fərrux kəndinin yaxınlığındakı eyniadlı yüksəkliyə (1200 metrə yaxın) yolun çəkilişinə başlayıblar. Bu barədə cümə günü günorta Ermənistan KİV-ləri məlumat yayıblar.
Onların yaydıqları videoda görünür ki, Rusiya sülhməramlıları bu işləri sakit müşahidə edir və onlara mane olmurlar. Ermənilərin Şoyqunun Həsənovla söhbətindən sonra vəziyyətin dəyişəcəyinə olan ümidləri özünü doğrultmayıb.
Erməni tərəfi həmçinin bildirib ki, ötən gecə həmin sahədə döyüş zamanı beş erməni hərbçi yaralanıb.
Beləliklə, əgər "Fərrux" yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçirsə, Qarabağın bu hissəsində erməni qüvvələrin vəziyyəti xeyli zəifləyəcək. Xocalıya qədər bütün yaxın yaşayış məntəqələri, həmçinin Ağdam-Əsgəran yolu birbaşa hədəfə düşür. -02B-
-
- Cəmiyyət
- 25 Mart 2022 21:53
Siyasət
-
Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi səndələrə baxışla davam etdirlib. Bu zaman dövlət ittihamçısı ilə Hacıyev arasında mübahisə olub.
-
ABŞ səfirliyi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.
-
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordenini təqdim edib.
-
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanları Namiq İslamzadə və Ziya Camal Kadıoğlunun görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Rəy yaz