Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/25.03.22/Turan: Bakıda Azərbaycanın regionda vəziyyəti gərginləşdirməsilə bağlı Yerevanın ittihamlarını rədd ediblər.

“Ermənistan Xarici İşlər Nazirliyinin 24 mart tarixli, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünki şərhində deyilir.

Nazirlikdə diqqəti Müdafiə Nazirliyinin məlumatına yönəldiblər ki, söhbət mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsindən gedir və isteriyaya heç bir əsas yoxdur.

"Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur", - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib.

Son zamanlar mürəkkəb hava şəraiti səbəbindən regionun qaz kəmərlərində texniki nasazlıqlara gəlincə, Ermənistan vəziyyətdən siyasi manipulyasiya aləti kimi məqsədli şəkildə istifadə edir.

Bakı da öz növbəsində Ermənistanı uzun illər 400 min nəfərdən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlamaqda, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törətməkdə, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar etməkdə, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4 minədək azərbaycanlının taleyilə bağlı məlumatı gizlətməkdə ittiham edib.

“Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir. İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. -06В-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti