Azərbaycan XİN: Azərbaycan sərhədlərini bərpa edir
Bakı/16.05.21/Turan: “Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib”.
Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bunu Ermənistanın Azərbaycanı “suveren ərazisini pozması” iddialarına KİV-lərin sualına cavabında bildirib.
O, vurğulayıb ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub.
Xidmət İdarəsinin rəisi deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
O, bildirib ki, Azərbaycan tərərf azad edilmiş bölgələrdə hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir:
“Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”, Abdullayeva bildirib.
Onun fikrincə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur, bu sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.
Abdullayeva hesab edir ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir, belə destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.
Bu məsələyə Ermənistanın qeyri-adekvat cavabına gəlincə Abdullayeva bunu Ermənistandkaı seçkiqabağı vəziyyətlə əlaqələndirir.
“Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir”, Abdullayeva cavabında belə bildirib.-05D-
-
- Makroiqtisadiyyat
- 16 May 2021 09:13
-
- Siyasət
- 16 May 2021 11:11
Siyasət
-
Mayın 7-də ABŞ səfirliyi «Green Card» uduşu ilə bağlı elan dərc edib.
-
Mayın 7-də Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun üzərindən elektron bilərziyin çıxarılması barədə vəsatətə baxılıb.
-
Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaqdan ötrü "çıxış yolu"nu tapıb.
-
Narkotik maddə alveri ittihamı ilə həbs olunan ictimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.
Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:07
- 335
Rəy yaz