Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Hakan Fidan Yeni Zelandiya XİN rəhbərini qəbul edəcək

Hakan Fidan Yeni Zelandiya XİN rəhbərini qəbul edəcək

Bakı. TurkicWorld:

ANZAC Günü Anma Mərasimləri münasibətilə Türkiyədə olan Yeni Zelandiyanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Uinston Peters 26 aprel tarixində Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı ikitərəfli münasibətlərin müzakirə ediləcəyi, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

X: Lamanasadli01