Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Hizbullah İsraildəki yaşayış məntəqəsini raket ilə vurub

Hizbullah İsraildəki yaşayış məntəqəsini raket ilə vurub

Bakı,TurkicWorld

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, İranın dəstəklədiyi Livan Hizbullahının verdiyi açıqlamada İsrailin dünənki Livanın cənubunda dinc əhalinin ölümünə səbəb olan hücumuna cavab olaraq sərhəd bölgəsindəki yaşayış məntəqəsinin bu gün hədəf alındığı bildirilib.

Qeyd olunub ki, İsrailin Ər-Rahib hərbi mövqeyi artilleriya atəşinə tutulub. Hizbullah başqa bir açıqlamada Avivim qəsəbəsində İsrail əsgərlərinin yerləşdiyi binanın tam dəqiqliklə hədəf alındığını, əsgərlər arasında ölən və yaralananların olduğu qeyd edilib.

Digər tərəfdən İsrail ordusundan verilən açıqlamada Livandan bir neçə hücumun ardından Livanın cənubundakı Teyrharfa bölgəsindəki Hizbullah hədəflərinin döyüş təyyarələri ilə vurulduğu bildirilib.

Dünən İsrail ordusuna aid döyüş təyyarələri Livanın cənubundakı Hanin qəsəbəsində 2 mərtəbəli binaya hava hücumu həyata keçirib və hücumda 1 qadın və 1 uşaq ölüb, 6 mülki şəxs yaralanıb.