Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Argentinada minlərlə insan prezident hökumətinə etiraz edib

Argentinada minlərlə insan prezident hökumətinə etiraz edib

Bakı, TurkicWorld:

Argentinada minlərlə insan prezident Xavyer Mileinin təhsil büdcəsini ixtisar etməsinə etiraz edib.

TurkicWorld xəbər verir ki, Plaza de Mayo meydanında toplaşan tələbə qrupları, həmkarlar ittifaqları və müxtəlif təşkilatlar Prezident Sarayına doğru yürüş ediblər.

Buenos Ayres Universitetinin böyük dəstəyi ilə keçirilən nümayişlər əsasən insidentsiz başa çatıb.

Qeyd edək ki, Milei əvvəlki açıqlamalarında bir çox nazirliklərdə ciddi məhdudiyyətlər olacağını və bunların qısa müddətdə həyata keçiriləcəyini bildirmişdi.