Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb


Əli Əliyev
Əli Əliyev

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin azadlıqdan məhrum olunması barədə hökmdən şikayətini təmin etməyib.

Əliyev prosesdə iştirakdan imtina edib, ədalət mühakiməsinə etimadsızlığını bildirib. Bu günkü prosesə Əli Əliyevin tərəfdarları da buraxılmayıb.

İclas zamanı müdafiə tərəfi Əliyevin təqib edilməsinin qanunsuz olduğunu bildirib və məhkəmdən ona bəraət verilməsini xahiş edib. Buna baxmayaraq, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib ki, vəkillər məhkəmə çəkişməsinə səbəb olan müsahibədə Əli Əliyev təhqirə yol vermədiyini bildirib.

“Əli Əliyev ötən ilin noyabrında elan edilmiş amnistiya çərçivəsində azadlığa buraxılmalı idi. Təəssüf ki, məhkəmə müdafiə tərəfinin dəlillərini qəbul etməyib, hökmü qüvvədə saxlayıb,” Əhmədov deyib.

Onun sözlərinə görə, “Müdafiə Xətti” Əli Əliyevə qarşı təqibi siyasi motivli hesab edir, onun hüquqlarının bərpası və həbsdən vaxtından əvvəl azad edilməsi üçün səylərini davam etdirəcək.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə açıqlaması olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal rayon Məhkəməsi iqtidarda olan Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

XS
SM
MD
LG