Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Kamala Harris 2018-ci ildə qətliamın baş verdiyi Parkland məktəb binasını ziyarət edib


Vitse-prezident Kamala Harris şənbə günü 2018-ci ildə Parkland liseyi qətliamının baş verdiyi məktəb binasını ziyarət edib, daha sonra polisə hakimlərin müvəqqəti olaraq insanların silahlarını ələ keçirməsinə icazə verən qanunların təhlükəli olduğu ştatlara yardım proqramı elan edib.

Harris 14 Fevral 2018-ci ildə Marjory Stoneman Douglas Liseyində 14 şagirdin və 3 işçinin ölümünə və 17 nəfərin yaralanmasına səbəb olan hücumdan sonra hələ də qurumuş qan və şüşə qırıqları ilə örtülmüş güllələrin dəlik açdığı divarları və döşəmələri görüb.

Üçmərtəbəli binanın içərisindəki salonlar və sinif otaqları qaçan şagirdlərin ayaqqabılarla, solğun Sevgililər Günü çiçəkləri və şarları ilə dğşənib. Dərsliklər, noutbuklar, qəlyanaltılar və kağızlar stolun üstündə qalır.

Ona ölən hər biri haqqda məlumat verilib.

"Dinmuş zaman" Harris gördükləri barədə dəfələrlə deyib. Onu turda qurbanların ailə üzvləri müşayiət edib, onlardan bəziləri məktəb təhlükəsizliyinə daha çox xərc çəkməyə, digərləri isə daha güclü silah qanunları tələb edib.

Ağ Evin Silah Zorakılığının Qarşısının Alınması üzrə yeni Ofisinə rəhbərlik edən Harris Parkland hadisəsindən sonra məktəblərə silahlı hücumların baş verməmişdən əvvəl dayandırılması, həm də sinif qapılarının arxadan kilidlənməməsi kimi tədbirlərləəl atılmasının dərs alındığını deyib

O, hücumların uşaq və yeniyetmələrin ölümünün əsas səbəbi olduğunu qeyd edib.

O zaman 19 yaşlı Nikolas Kruz altı dəqiqəlik hücumu zamanı AR-15 tipli yarı-avtomatik tüfəngindən metodik olaraq birinci və ikinci mərtəbədən üçüncü mərtəbəyə keçərək təxminən 140 atəş açıb. O, 2021-ci ildə günahını etiraf edib və 2022-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Forum

XS
SM
MD
LG