Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Ukrayna Rusiyanın 12 pilotsuz təyyarəsini vurub


Ukrayna çərşənbə axşamı Ukraynanın bir neçə bölgəsini hədəf alan Rusiyanın 12 pilotsuz təyyarəsini məhv etdiyini, Rusiya isə iki ölkə sərhədi boyu Belqorod bölgəsinə Ukraynanın hava hücumlarının qarşısını aldığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin hava hücumundan müdafiə qüvvələrinin Mikolayiv və Xarkiv vilayətləri üzərində pilotsuz təyyarələri vurduğunu bildirib.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubov Telegram platformasında binaya ziyan dəydiyini, lakin tələfat olmadığını bildirib.

Mikolayiv qubernatoru Vitali Kim Telegram kanalında bildirib ki, dronlardan üçü bölgənin üzərində məhv edilib. O, hər hansı dağıntı və tələfat barədə məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, hava hücumundan müdafiə qüvvələri bir gecədə bir neçə hücum dalğasında Ukraynanın 15 raketini vurub.

Raketlər Belqorod vilayətini hədəf alıb. Qubernator Vyaçeslav Qladkov Telegram kanalında 20 evə ziyan dəydiyini, bir neçə nəfərin yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG