Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Əl-Qaidənin Malidəki döyüşçüləri Rusiyanın Vaqner Qrupu şirkətinin dörd əsgərini qətlə yetirdiklərini iddia edir


Əl-Qaidənin Malidə fəaliyyət göstərən özəyi bazar ertəsi Rusiyanın Vaqner Qrupu özəl hərbi şirkətinin dörd muzdlu əsgərinin Malinin mərkəzində Bandiaqara bölgəsində pusquya salınaraq öldürdüyünü iddia edib.

Cihadçıların bəyanatlarını monitorinq edən SITE Intelligence Group təşkilatının tərcüməsinə istinadən, Camaat Nüsrət Əl-İslam vəl Müslimin (JNIM) qrupunun media bölməsinin verdiyi açıqlamada qrupun döyüşçülərinin şənbə günü Mopti bölgəsində muzdlularla toqquşduğu bildirilib.

Vaqner qrupunun ictimai təmsilçiliyi olmadığı üçün məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Mali 2012-ci ildə qiyamdan sonra kök salmış və o vaxtdan bəri qonşu ölkələrə yayılaraq, minlərlə insanın ölümünə və Qərbi Afrikanın Sahel bölgəsində milyonlarla insanın didərgin düşməsinə səbəb olan İslamçı üsyançı hərəkatını dayandırmaq üçün mübarizə aparır.

Vaqner Qrupu keçən il Mali ordusuna dəstək olmaq üçün yüzlərlə döyüşçünü oraya göndərməyə başlayıb. O vaxtdan bəri insan haqları qrupları və yerli sakinlər qrupu mülki əhalinin qətliamında iştirak etməkdə günahlandırır. Qrup bu ittihamlara cavab verməyib.

Rusiya hökuməti Vaqner qrupunun üzvlərinin Malidə olduğunu etiraf etsə də, Mali hökuməti onları özəl təhlükəsizlik podratçısı deyil, Rusiya ordusunun təlimatçıları kimi təqdim edib.

İyul ayında Camaat Nüsrət Əl-İslam vəl Müslimin (JNIM) Malinin əsas hərbi bazasına hücumun məsuliyyətini öz üzərinə götürüb və bunun hökumətin Vaqner qrupu ilə əməkdaşlığına cavab olduğunu deyib.

XS
SM
MD
LG