Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Daşınmaz əmlakın nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin 30%-i vətəndaşlara geri qaytarılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən və Azərbaycanda nağdsız ödənişlərin tətbiqini intensivləşdirən “ƏDV geri al” layihəsi daşınmaz əmlak alışı sahəsində də uğurla tətbiq edilir.  Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesində vətəndaşlar fəal şəkildə iştirak edirlər. İqtisadiyyatın şəffaflaşdırılması, dövriyyələrin düzgün bəyan edilməsi və təmassız maliyyə əməliyyatlarının təşviqində ictimai iştirakçılığı təmin edən bu innovativ layihə ilə bağlı sosial çarx hazırlanıb. Çarxda daşınmaz əmlakın fiziki şəxslər tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin 30%-nin vətəndaşlara geri qaytarıldığı diqqətə çatdırılır.