Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ürəyinizdən muğayat olun - Eminquey yazır

EMİNQUEY AKİF
1014 | 2023-12-28 15:27

Yeni il deyincə ağlımıza gələn ilk şey "Evdə tək" filmidir. Biz bu filmlə böyümüşük. Bir çox şeyləri də bu filmdən öyrənmişik. 2023-cü ilimin son köşə yazısını "Evdə tək" filmindəki epizodla bitirmək istəyirəm.

- Bilirsən, mən həmişə belə yaşamamışam.

- Hə? Əvvəllər necə yaşayırdın?

- Mənim işim, evim, ailəm var idi.

- Uşaqların var?

- Yox. İstəyirdim olsun amma sevdiyim insan məni atdı. Bu mənim ürəyimi sındırdı. Təzədən sevmək şansım yarananda ondan qaçdım. Daha insanlara inanmadım.

- İncimə amma bu biraz axmaq səslənir.

- Qorxurdum ki ürəyim bir də sınar. Başa düşürsən, hərdən adamlara inanmaq olar amma sonra vaxt keçdikcə səni unudurlar.

- Bəlkə onlar həddindən çox məşğuldurlar? Bəlkə onlar sənin özünü yox, səni xatırlamağı unudurlar? Məncə onlar unutmaq istəmirlər, nə isə bu özü-özünə baş verir. Babam deyərdi ki, istəyirsən başın salamat olsun, qoy qalsın məktəb avtobusunda.

- Qorxuram əgər kiməsə inansam ürəyim yenə qırılar.

- Sizi başa düşürəm, mənim bir cüt əla çarxlı xizəyim var idi. Onları sındırmaqdan qorxurdum, ona görə də qutudan çıxarmırdım. Bilirsiniz nə oldu?

- Yox.

- Ayağıma balaca oldular. Heç vaxt küçədə geyinməmişdim, cəmi bir-iki dəfə, öz otağımda.

- İnsanın ürəyi, hissləri xizəkdən çox fərqlidir.

- Məncə o qədər də yox. Əgər ürəyini istifadə etmək istəmirsənsə, onun sınmağının nə xeyri? Əgər onu işlətməyib qorusan, mənim xizəyimin gününə düşəcək. İstifadə etmək qərarına gələndə daha əvvəlki kimi olmayacaq. Gərək cəhd edəsən, itirməli heç nəyin yoxdur.

- Sözlərində bir az həqiqət var.

- Mən də elə fikirləşirəm. Bəlkə də sənin ürəyin qırılıb amma yoxa çıxmayıb. Ürəyin olmasaydı belə mehriban olmazdın.

- Çox sağ ol.

Ürəyinizdən muğayat olun!

TƏQVİM / ARXİV