Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Xalq olaraq kimə dəyər verdiniz ki? - Eminquey yazır

EMİNQUEY AKİF
944 | 2024-01-08 13:47

Hamı yazır ki, vaxtında dəyər verərdiniz, vaxtında qiymətləndirəydiniz. Guya yazanların hamısı sənətkarlarını, yazıçılarını, rəssamlarını, şairlərini, alimlərini vaxtında dəyərləndirirlər. 

Öz sahəmdən misal çəkim. Son 10 ildə gənc yazıçı oldu ki intihar elədi, ürək tutmasından öldü, xərçəngdən öldü. Hamı öləndən sonra tanıdı onları. Sağ ikən tanıyanlar isə heç sağlığında q.. qoymurdu. Sosial şəbəkədə “əhsən”, “var ol”un biri bir qəpikdən idi, iş gəlirdi yaradıcılıqlarını maddi dəyərləndirməyə, hamı girirdi siçan deşiyinə. 

Sizsiniz dəyərləndirən? 

Hansı qiymətdən, hörmətdən danışırsınız?

Mən burda neçə ildi arada məzəli statuslar yazıram. Kiminləsə məzələnən kimi bir var-yox adam tökülür statusa. Elə ki yazıram kitabım çap olunub, elə ki yazıram yaradıcılığımı oxuyun, dəyərləndirin, hamını külək sovurub aparır. Özü də elə öz küləkləri. 

Kimə dəyər verirsiniz ki? 

Siz dəyər verən olsaydınız, indi çoxdan hamı öz yerini tapmışdı. Müğənnisi soyunur ki dəyər verəsiniz. Söyürsünüz, amma unudursunuz, sonra sevməyə başlayırsınız. Yazıçısı tənqid edir, söyürsünüz, sonra sevməyə başlayırsınız.

Normal yaradıcılığı ilə ortada olan kimə dəyər vermisiniz? Hanı da? 

Sizin gözünüz tərəzidir, təəssüf ki tərəzi kəmiyyəti göstərir, keyfiyyəti yox.

TƏQVİM / ARXİV