Azerbaijan-News24

Azerbaijan-News24

Online Audio and Video Media

Azərbaycan və Dünya xəbərləri.

About us

Media və xəbər agentliyi.

Website
https://a-r.az/
Industry
Online Audio and Video Media
Company size
201-500 employees
Headquarters
Baku
Type
Public Company

Locations

Updates

  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb Azərbaycan Respublikasının Dövlət Neft Fondu dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. Bu barədə Dövlət Neft Fondundan bildirilib. Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”, - deyə Fonddan bildirilib.

    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb. 2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb. Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layihələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş təmsil etdiyi qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildirib, tullantı sularının təkrar istifadəsi və emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd edib. Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində birgə layihələri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Nobel Sülh Mükafatı almış dünya şöhrətli azərbaycanlı alim Bəxtiyar Siracova medal verildi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyada yaşayan elm adamı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş əməkdaşı, 2005-ci ildə AEBA-da çalışan bütün əməkdaşlarla bərabər Nobel Sülh Mükafatı alan dünya şöhrətli azərbaycanlı alim Bəxtiyar Siracovla görüşüb. Görüşün sonunda Bəxtiyar Siracova diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.

    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. "Hər iki dövlətin ekspert qruplarının işi davam edir", - məlumatda vurğulanıb.

    • No alternative text description for this image
  • View organization page for Azerbaijan-News24, graphic

    321 followers

    Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlət başçısı qeyd edib: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

    • No alternative text description for this image

Similar pages