Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Gürcüstan hökumətinin qərarına əsasən, güzəştli aqrokredit layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, kənd təsərrüfatı obyekti üçün kənd təsərrüfatına aid pilotsuz uçuş aparatı (aqrodronu) və meteoroloji stansiyanın güzəştli aqrokreditlə alınması mümkündür.

Subsidiyalaşdırılan aqrokredit mexanizminin bir hissəsi kimi, maraqlanan fermerlər aqrotexniki məqsədlər üçün çiləmə və skan etmə funksiyalarına malik olan aqro-dronları ala bilərlər.

Fermerə 48 ay müddətinə illik 11% məbləğində krediti dövlət maliyyələşdirəcək. Kreditin məbləği 20.000 laridən 1.500.000 lariyə qədərdir. Eyni vəziyyət meteoroloji stansiyaların qurulması vəziyyətinə də aiddir. Fermerlər öz təsərrüfatlarında olan meteostansiya vasitəsilə iqlimi proqnozlaşdıra, zərərvericilər və xəstəliklərin törətdiyi təhlükələrin qarşısını ala, eləcə də müxtəlif kənd təsərrüfatı işlərinin planlaşdırılması üçün lazım olan məlumatları toplaya biləcəklər.

Güzəştli aqrokredit layihəsi çərçivəsində dövlət fiziki və hüquqi şəxslərə kredit faizlərinin birgə maliyyələşdirilməsi yolu ilə ucuz maliyyə resurslarına çıxış təklif edir. Güzəştli aqrokredit layihədə iştirak edən banklar və maliyyə təşkilatları tərəfindən verilir. Kənd İnkişaf Agentliyi kredit müraciətinə baxılması və kreditin verilməsi prosesində iştirak etmir.

Əsas vəsait komponentində fiziki şəxs 20 000 laridən 75 000 lariyə qədər, mexanikləşdirmə alt komponentində isə 7 000 laridən 75 000 lariyə qədər kredit götürə bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur