Dünyanın ən hündür və ən qısa boylu adamları bir arada

Dünyanın ən hündür və ən qısa boylu adamları bir arada

"Dünyanın ən hündür adamı" titulunu 2 metr 51 santimetrlik boyu ilə türkiyəli Sultan Kösen qazanıb. Ən qısa boylu adam isə boyu 54,6 santimetr olan nepallı Çandra Bahadur Dangi-dir.

Onların hər ikisi Guinness Rekordlar Kitabının 60 illiyi münasibətilə Londonda bir araya gəliblər.

Sultan Kösen, Guinness Rekordlar Kitabına daxil olandan sonra həyatının necə dəyişdiyindən danışıb.