Geylərə sidik içirildiyini göstərən video qəzəb yaradıb

Geylərə sidik içirildiyini göstərən video qəzəb yaradıb

Rusiyada gey hüquqlarını müdafiə edən qruplar bildirir ki, homoseksuallıqla bağlı məlumatların yayılmasını məhdudlaşdıran qanunun təsdiqlənməsi cəmiyyətdə cinsi azlıqlara qarşı dözümsüzlüyün artmasına səbəb olub.

Bu qanuna görə, 18 yaşından aşağı olanlara qeyri-ənənəvi seksual oriyentasiya barədə məlumatın verilməsi qadağandır.

Homoseksualların alçaldılmasını təsvir etdirən internetə yüklənmiş videolardan birində gənc şəxsi geylikdən müalicə etmək məqsədilə sidik içməyə məcbur edirlər.

Homoseksualların hüquqlarını müdafiə edənlər inanırlar ki, bu cür aqressiya Vladimir Putin tərəfindən imzalanmış yeni ziddiyyətli qanunla birbaşa bağlıdır.

Rusiya Pravoslav Kilsəsi və hökumət ölkənin yeni, mühafizəkar ənənələrə söykənən kimliyini yaratmağa çalışır. Bu imicdə Qərbə, istər siyasi, istərsə də seksual mənada yer yoxdur.

BBC müxbiri Steven Rosenberg mövzu ilə bağlı Rusiyadakı mövcud mövqeləri bir araya gətirib.