"Vallah, ürək dözmür!"Ağdamlı Məhəmməd Sadıqov Ağdamı görə bilmədən vəfat etdi

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube-dan izləyin.

2020-ci ilin oktaybrında, İkinci Qarabağ müharibəsi gedərkən BBC Azərbaycancaya müsahibə verən Ağdamın Novruzlu kəndindən olan Məhəmməd Sadıqov yanvarın 10-da 69 yaşında qəfil vəfat edib, yaxınları bildirib.

Onun oğlu Mehdi Sadıqov deyir ki, Ağdam azad edilsə də, atası doğulub-böyüdüyü kəndə gedə bilməyib: "Kəndimiz minalıdı, hələ təmizlənməyib. Üzümüzə gələn aylarda aparmağı düşünürdüm, indi bircə kəndin yolu təhlükəsizdir, deyirdim, elə o yolla gedib-qayıdarıq, kəndi görər".

Mehdi Sadıqov əlavə edib ki, atası ömrünün qalanını doğma kəndində keçirə bilməsə də, kənddə yaşayış başlayandan sonra ailəsi ora köçməyi planlaşdırır.

Ağdamın Novruzlu kəndindən olan Məhəmməd Sadıqovun vəfat etməmişdən əvvəl BBC Azərbaycancaya müsahibəsində 27 ildi uzaq düşdüyü evini iki əşya ilə xatırlayırdı: soyuducu və iki dəmir çarpayı.

Ağdam və rayonun bir çox kəndi 1993-cü ildə işğal edilib. Məhəmməd Sadıqovun sözlərinə görə, kəndləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndləriylə sərhəd olduğundan onlar buna qədər də hücum altında olublar və 1990-cı ildə kəndə atılan qrad nəticəsində bacısı həyatını itirib.

Müharibədən əvvəl Ağdamda çaxır zavodunda sürücü işləyən Məhəmməd Sadıqov məcburi köçkün düşdükdən sonra bənnalıq etməyə başlayıb: Məhəmməd Sadıqovu doğma kəndindən cəmi 110 kilometr ayırır.

Maşınla saat yarıma çata biləcəyi doğma kəndi 27 il işğal altında olduğundan ora gedə bilməyib.

Təxminən 7 il Azərbaycan hökumətinin onlar üçün Mingəçevirdə saldığı qəsəbədə yaşayıblar. Müsahibəsində Məhəmməd Sadıqov deyir ki, kəndləri alınan kimi hər şeyi beləcə burda qoyub öz doğma evinə gedəcək.

Ağdamın Novruzlu kəndindən olan Məhəmməd Sadıqov