13 yaşlı Astara sakini: "Biz də insanıq, köməklik etsinlər"

  • Aygül Mehman, Izolda Ağayeva
  • BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmasa, YouTube-da izləyin.

Astaranın Səlivə kəndində məktəb yoxdur.

Kəndin yolu olmadığından bura avtobus da işləmir.

Səlivənin 13 yaşlı sakini Zəhra İbrahimova təhsil almaq üçün hər gün qonşu Deqadi kəndinə gedir.

Ancaq Zəhra məktəb üçün hər səhər qonşu kəndlərə yollanan yeganə şagird deyil.

Bu kənddən onlarla uşaq hər gün təhsil almaq üçün qonşu Deqadi və Şüvi kənd məktəblərinə azı 4 kilometr piyada yol gedib-gəlməli olur.

Məktəblər yay tətilinə bağlansa da, Zəhra hər gün məktəbə necə getdiyini göstərmək üçün bizi təhsil aldığı Deqadi məktəbinə aparır.

O, yay tətilində daha çox ailəsinə ev işlərində yardım edir, amma dərslərini təkrarlamağa da vaxt tapır.

Zəhra istəyir ki, 7-ci sinifdə nəticələri yaxşı olsun. O, həm də kənd yolunun düzəlməsini və təmirli məktəbdə oxumağı arzulayır.

Səlivə kəndində nə üçün məktəbin olmaması ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən BBC-yə bildiriblər ki, "ərazilərdə məktəblərin tikilməsi şagirdlərin sayı nəzərə alınaraq həyata keçirilir".

"Məlumat üçün bildiririk ki, hazırda Səlivə yaşayış massivində məktəb yaşı tamam olmuş 50-dək uşaq yaşayır. Səlivə yaşayış massivindən Deqadi kənd ümumi orta məktəbinə 10-12 şagird, Şüvi kənd tam orta məktəbinə 25-30 şagird təhsil almağa gedir", - məlumatda deyilir.

Şagird