"Hüdudsuz səadət" - Şuşaya geri qayıdanlar qayıdışı belə adlandırırlar

Şuşa Şuşalılar Şair Kərim Kərimli İkinci Qarabağ müharibəsi Şuşa şəhəri Azərbaycanın döyünən ürəyi Şuşa

Şəklin mənbəyi, Şəhla Kərim

Çərşənbə axşamı günü Bakının Qaradağ rayonundan Şuşa şəhərinə daha 38 ailə köçürülüb, Azərtac agentliyi yazır.

Saytın məlumatına görə, bu köçlə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr Şuşaya göndərilib.

Xəbərdə deyilir ki, indiyədək Şuşa şəhərinə 58 ailə köçürülüb, yəni, 228 nəfərin şəhərdə "daimi məskunlaşması təmin edilib".

Kərimli ailəsi də 32 ildən sonra Şuşaya daimi yaşamaq üçün qayıdan ailələrdən biridir.

Mayın 8-də Şuşaya ilk köçlə gedən Kərim Kərimli qayıdışlarını "hüdudsuz səadət, xoşbəxtlik" adlandırıb.

2020-ci ilin 27 sentyabrında Qarabağda Azərbaycanla Ermənistan arasında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində Azərbaycan işğal altında olmuş bir neçə rayonunu, həmçinin noyabrın 8-də Şuşa şəhərini geri alıb.

Artıq bir neçə müddətdir ki, 90-cı illərdə - Qarabağda baş vermiş Birinci Qarabağ müharibəsi zamanı öz ev-eşiyindən didərgin düşmüş azərbaycanlılar evlərinə qayıdırlar.

Şəhla Kərim 2021-ci ildə qanunla ölkənin mədəniyyət paytaxtı elan edilmiş Şuşaya ailəsinin qayıdış prosesini çəkib.

Videonu Youtube kanalımızda izləyin.