İtirilmiş həvəsi qaytarmağa köklənən düşüncə tərzi

David Robson

BBC

Qadın

Şəklin mənbəyi, Getty Images

Bir zamanlar sevdiyiniz işə duyduğunuz həvəsi itirmək asandır. Həvəsinizi yenidən alovlandırmağa beş strategiya kömək edə bilər.

Altı yaşımda olarkən valideynlərimdən köhnə yazı makinasını götürdüyüm vaxtdan yazıçı olmaq istəyirdim. (Təəssüf ki, ailə kompüterində işləməyə icazəm hələ yox idi.)

Beynimdəki fikirlərin ağ səhifədə sətirlərə çevrildiyini görəndə isə həvəs ehtirası məni dərhal qarmağına aldı. 

Bir yazıçı və jurnalist kimi bu uşaqlıq ambisiyalarının təsirinə düşdüyüm üçün bəxtimin gətirdiyini bilirəm, lakin bu həvəsin müntəzəm olaraq azaldığını da qeyd etməsəm, yalan demiş olaram.

Xüsusilə də bu, onsuzda əhvalımın aşağı olduğu rütubətli və darıxdırıcı yanvar ayının Londonuna aiddir, hələ üstəlik də həftəlik dedlaynların təkrarlanması adamı yormağa başlayır.

Özümü dayanmaq bilməyən qaçış trenajorunda oduğum kimi hiss edirəm - və həmin trenajordan düşmək istəyirəm. 

Güman edirəm ki, bu halı yaşayan tək mən deyiləm: bu yaxınlarda özünü göstərmiş “işdən sakitcə çıxmaq” tendensiyanın aşkar etdiyi kimi, bir çox insanlar bir zamanlar sevdikləri karyeralarına həvəslərini itirirlər. Bəlkə də siz ideal iş tapmaq üçün əlinizdən gələni etmisiniz, lakin gündəlik öhdəliklərin təkrarı bəzən sizi həvəsdən sala bilər. 

“Təlim keçdiyim müştərilərimlə təcrübəyə istinad edərək deyərdim ki, bu, böyük bir problemdir və bu problem getdikcə böyüyür,” Britaniyada tükənmə, yorğunluq və dözümlülük üzrə ixtisaslaşan həyat situasiyaları üzrə təlimçi və “Özünü Təkmilləşdirmə Sənəti” kitabının müəllif Anna K Schaffner deyir. 

Bəziləri üçün həvəs itkisi karyeranı dəyişmək vaxtının çatdığından xəbər verən bir əlamət olsa da, belə qəti addımı atmaq heç də həmişə mümkün olmur.

Xoşbəxtlikdən, son araşdırmalar göstərir ki, bəzi insanlar özlərində işə həvəsi və motivasiyanı oyatmaq üçün təbii olaraq “təkmilləşmə strategiyalarından”  istifadə edirlər – və hamının bu texnikalardan istifadə etmək üçün bir çox yollar mövcuddur.

Mentalitet məsələsi

Bu məsələ ilə bağlı ilk araşdırma ABŞ-ın Austin şəhərindəki Texas Universitetinin psixologiya professoru Patricia Chen-dən gəlir. 

Chen-in əvvəlki araşdırması ehtirasla bağlı iki fərqli düşüncə tərzinin təsirini araşdırıb.  "Uyğunlaşan nəzəriyyəçilər" kimi işarələnmiş qrupa aid olanların aşağıdakına bənzər ifadələri təsdiqləyəcəkləri ehtimalı daha yüksəkdir: 

·      İnanıram ki, hər bir fərd üçün mükəmməl bir iş var və düzgün iş xəttini tapmaq insanın xoşbəxtliyini və işdəki uğurunu müəyyən edəcək. 

"İnkişaf edən nəzəriyyəçilər" adlandırılanlar isə, əksinə, daha çox bu kimi ifadələrlə razılaşırlar: 

·      İnanıram ki, ehtiras hər hansı seçilmiş iş xətti daxilində öyrənmə prosesi vasitəsilə inkişaf etdirilir. İnsan öz işini nə qədər yaxşı bacararsa, bir o qədər də peşəni sevməyə başlayacaq. 

İnsanların düşüncə tərzini və iş yerindəki müxtəlif nəticələri ölçən təfərrüatlı anketlərdən istifadə edərək, Chen müəyyən edib ki, ki, bu inanclar özünü həyata keçirən peyğəmbərliklərə çevrilir.

Uyğun nəzəriyyəçilər, xüsusi meyarlarına cavab verməyən bir işdə xoşbəxtlik tapmaq üçün mübarizə aparacaqlar.

İnkişaf nəzəriyyəçiləri, əksinə, müxtəlif tapşırıqlardan həzz və maraq tapmağı öyrənə bilərlər ki, iş ilkin olaraq bütün arzu olunan qutuları işarələməsə belə, zaman keçdikcə onların məmnuniyyəti artır.

Qadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Layihələri kiçikhəcmli tapşırıqlara bölərək bir-bir yerinə yetirəndə və bunu planınızda qeyd edəndə məmnunluq hissi keçirmək imkanı qazanırsınız

Chen-in yeni məqaləsi inkişaf edən nəzəriyyəçilərin ehtiraslarını bu şəkildə necə idarə etdiyini araşdırmaq məqsədi daşıyır. İşə olan qeyrətlərinin alovunu yandırmaq üçün hansı strategiyalardan istifadə edirlər? 

Bunu öyrənmək üçün o, əvvəlcə müxtəlif akademik fənlərin 316 bakalavrına onların fənnlərinə olan ehtiraslarının zaman ərzində necə dəyişdiyi barədə sorğu keçirdi. Əsas odur ki, bu, ehtirasdakı bu dəyişikliyə nəyin səbəb olduğu ilə bağlı açıq sual daxil idi. 

Yüzlərlə cavab arasından tədqiqatçılar tələbələrin motivasiyalarını artırdığını iddia etdikləri beş ümumi strategiya müəyyən etdilər. Onlar idilər:

 ·      Şəxsi aktuallığı dərk etmək: Məsələn, biznes sahəsində təhsil alan tələbə nəzəri biliklərin onlara startap yaratmağa kömək edəcək yolları düşünməyə cəhd edə bilər. 

·      Cəmiyyətin aktuallığını dərk etmək: Şagird öz-özünə sual verə bilər ki, mövzu onlara dünyanı anlamağa necə kömək edə bilər və bu bilik son nəticədə başqalarına necə fayda verə bilər. 

·      Tanışlığın qurulması: Yeni biliklərin əldə edilməsi kiminsə daha çox bilmək marağına səbəb ola bilər, çünki onlar əlavə maraq nöqtələrini müəyyən edirlər və irəliləyiş əldə etmək və çətin tapşırıqları mənimsəmək faktı özlüyündə bir mükafat ola bilər. Beləliklə, ruhdan düşmüş biri öz bacarıq dəstini inkişaf etdirmək üçün yeni yollar axtara bilər.

·      Praktiki təcrübə əldə etmək: Tələbələrin bir çoxu iş yerləri və təcrübələrin onların akademik təhsillərinə həvəslərini artırdığını aşkar etdi. 

·      Mentorların tapılması və ətraf mühitin dəyişdirilməsi: Tələbələr fəal şəkildə onları ruhlandıran müəllimlər və ya işi daha əyləncəli etməyə kömək edə biləcək dostlar axtara bilərdilər. 

Ümumilikdə, Chen təsdiq etdi ki, inkişaf yönlü mentalitetə malik tələbələr zaman keçdikcə öz fənlərinə olan həvəs ehtiraslarının müsbət artımını daha çox görürlər və bu dəyişiklik onların istifadə etdikləri həvəs oyatma strategiyalarının sayı ilə mütənasib idi.

Uyğunlaşma mentalitetinə sahib olan tələbələr isə, əksinə bu strategiyalardan o qədər də səmərəli istifadə etmirdilər.

Motivasiya yaratmaq

Chen-in gəldiyi nəticələr insanların gördükləri işə maraq və motivasiyalarını tənzimləmə yollarını təhlil edən daha geniş psixoloji tədqiqatlarla həmahəngdir.

Chen-in müəyyən etdiyi strategiyaların istifadəsini təsdiqləməklə yanaşı - məsələn, işin şəxsi və ya ictimai aktuallığını müəyyən etmək - bu tədqiqatlar motivasiyanı canlandırmaq üçün bir neçə başqa yol təklif edir. 

“Proksimal məqsəd seçimi” və “özünə nəzarət” iki ən faydalı üsul sayılır.  Xüsusilə, tapşırığı - çətin, mükafatı isə uzaq olduğu yeni bir layihə yükü üstünüzə düşərkən onu yerinə yetirmək üçün lazım olan daxili enerjinin yaranmasında qeyd edilən iki strategiya olduqca faydalı olur. 

Proksimal məqsəd təyin edilməsini tətbiq etmək üçün layihə daha tez yerinə yetirilən kiçik ölçülü tapşırıqlara bölünür – həmin tapşırıqları yerinə yetirilməsi məmnunluq hissi yaradır.

“Tapşırığı yerinə yetirdikdən sonra misal üçün özünüzü Netflix-ə baxmaqla mükafatlandıra bilərsiniz. Məqsədə çatmaq üçün bu cür kiçik stimullardan  istifadə edilməsi xüsusilə təsirli ola bilər”, -  Almaniyanın Münster Universitetinin post-doktorantura tədqiqatçısı Maike Trautner deyir. Bu, özünə nəzarət hissəsidir.

Bir daha, mentalitet önəmlidir. Almaniyanın Marburg şəhərindəki Philipps Universitetinin professoru Malte Schwinger ilə bu yaxınlarda apardığı araşdırmada Trautner 700-dən çox tələbənin motivasiyalarını idarə etmə yolları ilə bağlı sorğu keçirib.

Həvəs ehtirası ilə bağlı tədqiqatında Chen-in də müşahidə etdiyi kimi,  onlar aşkar ediblər ki, bəzi tələbələr tapşırığın yerinə yetirilməsi üçün motivasiyanın sabit və dəyişməz olduğunu zənn edirlər, digərlər tələbələrsə hesab edirlər ki, motivasiyanı idarə etmək olar.

Və məhz sonuncular daha sonra praktik strategiyalardan istifadə edərək motivasiyalarını gücləndirməyin yollarını axtarıblar. Motivasiyalarının onların nəzarətindən kənarda olduğuna inananlar isə daha az fəallıq göstəriblər.

Tədbir görülməsi

Artıq inkişaf etmiş düşüncə tərzinə sahib olan insanlar üçün bu strategiyalar bəlli görünə bilər.

Lakin Chen-in işi onların azlıqda olduğunu göstərir: onun nümunələrində insanların çoxu uyğunlaşma düşüncə tərzinə sahib idi və buna görə də motivasiya və həvəslərini inkişaf etdirmək üçün potensiallarını xatırlatmaqdan faydalana bilərdilər. 

Ümumi məqsədlərimiz haqqında düşünmək üçün bir az vaxt ayırmaq, işimizin başqalarına verdiyi faydaları axtarmaq, ruhlandırıcı həmkarlarla əlaqə saxlamaq və kiçik mükafatlandırma mərhələləri olan plan hazırlamaq – bunlar həvəsimizi artırmaq üçün hamımızın istifadə edə biləcəyimiz sadə strategiyalardır.

Rəssamlıq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Həyatınızdan məmnunluq tapmaq üçün iş yeganə vasitə deyil. Hobbi ilə məşğul olmaq da eyni hissləri yaşatdıra bilər

Bununla belə, bütün məsuliyyəti üzərinizə götürmək mütləq deyil.

Schaffner işinizi dəyərlərinizə və maraqlarınıza daha yaxşı uyğunlaşdırmaq üçün mümkün yolları müdirinizlə müzakirə etməyinizi təklif edir - bu prosesi o, "iş yaratmaq" kimi təsvir edir.

"Yaxşı işəgötürənlər bununla maraqlanmalı və ideyanı dəstəkləməlidirlər: işçilərinə ən yaxşı bacardıqları işi tapşırmaq olduqca məntiqlidir", o deyib. 

Əgər siz hələ də özünü çərçivədə olduğunuz kimi hiss edirsinizsə, ola bilsin ki, sadəcə, karyeranızdan həddən çox şey istəyirsiniz.

Bu bir qədər romantik partnyorlarımızdan həyatımızda heyrətamiz dəyişiklik yaradacaqları barədə gözləntilərimizə bənzəyir - bu cür aşırı gözləntilər münasibətlərə lazımsız təzyiq göstərir.

Eynilə işimizdən də bəzən həyatımıza məna verəcək reallıqdan uzaq gözləntiləntilərimiz ola bilər. 

Bu səbəbdən Schaffner məqsəd və nailiyyət hissi verə biləcək hobbi ilə də məşğul olmağı faydalı sayır. Bu, işinizin həyatınızda məmnunluq tapmaq üçün yeganə yer olmadığını anlamağa kömək edə bilər.

"Nə qədər ironik olsa da,  ondan ibarətdir ki, işə bir az qyri-ciddi və perspektivli yanaşanda, biz həmin işin öhdəsindən daha yaxşı və daha asan gəlirik", o deyir. 

Bu, mənim özüm tətbiq etməyə çalışdığım bir fəlsəfədir.

Bu darıxdırıcı yanvar günlərində mən jurnalistika karyerasına niyə baş vurduğumu xatirəmdə təzələməyə çalışdım, insanların məqalələrimə yazdıqları şərhlərin oxunmasına  daha çox vaxt ayırdım ki, bəlkə bu məni enerjiylə doldurdu.

Vaxt qıtlığından bu, çox vaxt diqqətdən kənarda qalır.

Eyni zamanda Schaffner-in məsləhəti ilə sevdiyim bütün digər fəaliyyətlərə də daha çox vaxt tapıb məşğul olmağa çalışıram. 

Onun sözləri ilə desək: "İş sadəcə iş olduqda inanılmaz dərəcədə şəfalı və müalicəvi ola bilər."