Qarabağ ermənilərilə görüşən Azərbaycan rəsmisi: "Bizimlə çox səmimi idilər"

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmasa, YouTube-da izləyin.

Bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib obiyektin erməni istismarçıları ilə görüşüb.

Görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb.

Adil Qafarlı deyib ki, bu səfər heç də onların qrumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib.

Cənab Qafarlı hesab edir ki, Azərbaycanın keçirdiyi sonuncu hərbi əməliyyatlar, "Qisas əməliyyatı" tanınmamış Dağlıq Qarabağ təmsilçilərində "yumşalma" yaradıb.

Suvarma üzrə mütəxəssis bildirib ki, razılaşmaya görə indidən sonra hər 15 gündə bir Azərbaycan tərəfindən ekspertlər Sərsəngə səfər edəcək və onun işləməsində su anbarının erməni istismarçıları ilə əməkdaşlıq edəcəklər.

Sərsəng